12:06 - 14.08.2020
14 Avqust, Fineko/abc.az. Əli Abbasov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidentinin müşaviri vəzifəsinə təyin edib.
ABC.AZ xəbər verir ki, bunu AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin rəhbəri Ağahüseyn Şükürov deyib.
Onun sözlərinə görə, bununla bağlı AMEA prezidenti müvafiq sərəncam imzalayıb.
Qeyd edək ki, Ə.Abbasov “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru vəzifəsindən azad edilib. Onun yerinə isə əməkdar mühəndis Vasif Abbasov təyin olunub.
5 Avqust 2026
5 Avqust 2026