14:43 - 11.08.2020
11 avqust, Fineko/abc.az. "Abşeron" yatağı üstə görülən işlərin 2023-cü ildə başa çatacağı nəzərdə tutulur.
ABC.AZ apa-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında"BOS Shelf" şirkətinin kommersiya meneceri Orxan Hüseynov deyib. Onun sözlərinə görə, bu layihə üzrə 4 dayaq blokunun artıq yüklənilməyə hazırlıq işləri aparılır.
"Önümüzdəki bir neçə ay ərzində onlar quraşdırılması üçün yola salınacaqlar",- deyə O. Hüseyn qeyd edib.
O həmçinin əlavə edib ki, ACE layihəsi çərçivəsində də dayaq blokun tikintisinə başlanılıb və onun üzərində işlər gələn ilin sonunadək tamamlanacaq.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026