14:06 - 10.08.2020
10 avqust, Fineko/abc.az. Prezident İlham Əliyev avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib.
ABC.AZ xəbər verir ki, bu dayaq bloku SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda tikilib.
Qurğu neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulur.
10 Avqust 2026