14:03 - 10.08.2020
10 avqust, Fineko/abc.az. Avqustun 10-da Prezident İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya telefonla zəng edib.
Dövlət başçısı A.Lukaşenkonu prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik edib, ona Belarus xalqının firavanlığı və ölkənin inkişafı naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.
Belarus Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Dövlət başçıları ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə ediblər.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026