12:47 - 30.07.2020
30 iyul, Fineko/abc.az. Mərkəzi Bankın sədri Elman Rüstəmov bağlanan banklardakı pozuntuların detallarını açıqlayıb.
ABC.AZ-ın məlumatına görə, o bankların əmanətlərin qəbuluna qadağaya baxmayaraq qəbul etdiklərini bildirib.
Daha sonra "NBC bank"dakı vəziyyətə toxunan E. Rüstəmov bildirib ki, bankın kapitalı dərhal Mərkəzi Bankı şübhələndirib: "İlk növbədə bankın kapitalına baxdıq, gördük ki bank zəifdir. Onun səviyyəsi ilə bağlı verdiyi hesabatı həqiqətə uyğun deyil. Yoxlama zamanı da gördük ki, bankda təsis tədbirinə baxmayaraq bank əmanətləri qəbul etməkdə davam edir. Yəni görünür, bankın maliyyə vəziyyətinə görə likvidlik problemi olub, amma buna tam şəkildə hesabatlarında göstərməyiblər, gizlədiblər. Biz başa düşdük ki, bank bağlanmağa gedir və ümumiyyətlə, əmanət qəbulu qadağan etdik".
Müəllif: Elmir Murad
30 Avqust 2026
29 Avqust 2026
29 Avqust 2026
29 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026