11:43 - 30.07.2020
30 iyul, Fineko/abc.az. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Ramana qəsəbəsi ərazisində 1512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsinin xarici və sahədaxili elektrik təchizatı şəbəkəsinin tikintisi (Tender 1) , həmin yaşayış məhəlləsinin qaz təchizatı şəbəkəsinin tikintisi (Tender 2) və abadlıq işləri və yol-küçə şəbəkəsinin tikintisi (Tender 3) üçün elan edilən açıq tenderlərə yekun vurub.
ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, 1-ci tenderin qalibi "BAKELEKTRO" ASC, 2-ci tenderin qalibi "TUNEL-METRO İNŞAAT " MMC, 3-cü tenderin qalibi "KONSEPT HOLDİNG" MMC olub.
Qalib şirkətlərə müvafiq olaraq 4.300000 manat, 4.865720 manat və 3.824097 manat ödəniləcək.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026