10:52 - 30.07.2020
30 iyul, Fineko/abc.az. Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdindəki Mənzil İstismar Departamenti 18 ədəd fərdi yaşayış evlərinin təmiri üçün tender elan edir.
Tenderdə iştirak haqqı 800 manatdır.
ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderlərdə iştirak etmək üçün sənədləri 20.08.2020 15:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 28.08.2020 16:00 qədər təqdim etməlidirlər.
İddiaçıların təkliflərinin açılışı 31.08.2020 15:00 tarixində aparılacaq.
Telefon: (994 12) 4301530
Əlaqələndirici şəxs: Fariz Abbasov