11:19 - 29.07.2020
29 iyul, Fineko/abc.az. Energetika naziri Pərviz Şahbazovun iştirakı ilə nazirlikdə “Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında” Qanun layihəsinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı müzakirələr aparılıb.
Energetika Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, qanun layihəsi ilk dəfə olaraq ölkədə energetika və kommunal xidmətlər sahələrində tənzimləmə prosesinin və tənzimləyicinin fəaliyyətinin hüquqi çərçivəsini müəyyən edir.
Bu qanunvericilik aktının hazırlanması zamanı tənzimləyici ilə bağlı dünyadakı müxtəlif təcrübələr öyrənilib.
Sonra nazirlik və agentliyin mütəxəssislərinin qanun layihəsinin hazırkı variantına dair fikirləri dinlənilib. Qanun layihəsinin maddələrinə əlavə və dəyişiklərlə bağlı irəli sürülmüş təkliflər nəzərdən keçirilib. Layihənin tezliklə yekunlaşdırılmasının vacibliyi qeyd edilib və bu istiqamətində müvafiq tövsiyələr verilib.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026