17:42 - 28.07.2020
28 iyul, Fineko/abc.az. “AccessBank” QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Tender daşınmaz əmlakların qiymətləndirilməsi ilə əlaqədar elan olunub.
Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçün [email protected] elektron ünvanına, yaxud (+994 55) 505 69 59 nömrəsinə müraciət edə bilərlər.
Qiymət təklifləri ilə zərflərin qəbul müddəti 2020-ci il avqust ayının 6-da 18:00-da başa çatır.