“AccessBank”dan kiçik və orta biznesə 100.000 AZN-dək kredit!

14:19 - 27.07.2020


27  iyul, Fineko/abc.az.  Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, kiçik və orta biznesə xidmət göstərən "AccessBank" mikrokredit kampaniyasına start verir. Yeni kampaniya çərçivəsində 100.000 AZN-dək biznes kreditləri 36 ayadək əldə etmək mümkündür. Həmçinin illik 17%-dən başlayan faiz dərəcəsi və 0% komissiya haqqı* da kampaniya ərzində keçərli olacaq. 

 

Yeni mikrokredit kampaniyasının üstünlükləri:

  • Çevik sənədləşmə prosesi və sənədlərin minimal siyahısı 
  • Sərfəli faiz dərəcələri
  • Əlverişli girov şərtləri
  • Güzəşt müddəti və fəaliyyətə uyğun ödəniş planı
  • Kredit xətləri və uzunmüddətli girov müqaviləsi
  • Paralel kreditlər
  • Daim sadələşən kredit şərtləri sayəsində uzunmüddətli partnyorluq üçün əlverişli şərait

 

Kampaniya haqqında ətraflı məlumat əldə etmək üçün: 

https://accessbank.az/az/business/loans/agro-loans/

 

Kampaniya 31.08.2020-ci il tarixinədək etibarlıdır. 

*Komissiya haqqı faiz dəhlizindən asılıdır.

 

“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına daxil olmaq olar.