Dövlət büdcəsində profisiti yaradan səbəblər – Fiskal orqanlarmış

16:10 - 23.07.2020


23 iyul, Fineko/abc.az. Aprel-iyun ayları üzrə dövlət büdcəsinin xərcləri 6 milyard 476,2 milyon manat icra edilib.

ABC.AZ-ın məlumatına görə, bu ilin 6 ayında dövlət büdcəsində 291,9 milyon manat profisit yaranıb.

Dövlət büdcəsinin profisitinin proqnoza qarşı artması əsasən dövlət büdcəsinə fiskal orqanları (Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi) tərəfindən gəlir proqnozlarının artıqlaması (424,7 milyon manat) ilə təmin edilməsi hesabına olub. Yarım ildə icmal büdcənin gəlirləri 12 milyard 370,5 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 milyard 222,9 milyon manat və ya 29,7 faiz azdır.

İcmal büdcənin xərcləri isə 12 milyard 884,4 milyon manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 203,7 milyon manat və ya 10,3 faiz çoxdur.

İcmal büdcədə 513,9 milyon manat kəsir (defisit) yaranıb.

Müəllif: Elmir Murad