Qeyri-neft qaz məhsullarının ən çox ixrac olunduğu ölkələr – Siyahı

11:16 - 21.07.2020


21 iyul, Fineko/abc.az. Dövlət Statistika Komitəsi yanvar-may aylarında ixrac olunan bir sıra məhsulların statistikasını açıqlayıb.

ABC.AZ xəbər verir ki, sözügedən dövrdə qeyri-neft-qaz məhsullarının ixracı keçən ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 8,9 faiz, real ifadədə isə 14,5 faiz azalaraq 721,5 milyon dollara bərabər olub. Qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (37,6 faiz), Türkiyəyə (20 faiz), İsveçrəyə (9,9 faiz), Gürcüstana (9,8 faiz), Çinə (3,3 faiz), İtaliyaya (2,5 faiz), Ukraynaya (2,4 faiz), Qazaxıstana (1,7 faiz), İrana (1,2 faiz), ABŞ-a (1,1 faiz) , Belarusa (1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

Müəllif: Elmir Murad