15:19 - 20.07.2020
20 iyul, Fineko/abc.az. 2020-ci ilin yanvar-iyun aylarında dəmir yolu nəqliyyatı ilə 3 milyon 247 min 986 ton yük daşınıb.
Dövlət Gömrük Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, bu yüklərin dəyəri 1 milyard 207,7 milyon ABŞ dolları təşkil edib. Sözügedən dövrdə dəmir yolu nəqliyyatı ilə ixrac olunan 1 milyon 85,4 min ton yükün dəyəri 232,9 milyon dollar olub.
Qeyd edilən dövrdə bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 2 milyon 162,5 min ton, dəyəri isə 974,7 milyon dollar təşkil edib.
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
30 Sentyabr 2026
29 Sentyabr 2026