12:22 - 15.07.2020
15 iyul, Fineko/abc.az. 2020-2021-ci il mövsümündə Azərbaycanda 55 min tondan artıq qabıqlı fındıq tədarük ediləcək.
Fındıq İstehsalçılar Assosiasiyasından ABC.AZ-a məlumata görə, 2019-cu ilin sentyabrından 2020-ci ilin mayına qədər Azərbaycan istehsalçıları 17 min ton qabıqsız fındıq ixrac ediblər.
İxracın ümumi həcmi 101 milyon dollardır.
Təkcə pandemiya dövründə – 2020-ci ilin mart-may aylarında ölkədən ümumi dəyəri 30 milyon dollar olan 4,7 min ton fındıq ixrac edilib.
Müəllif: Elmir Murad
8 Avqust 2026
8 Avqust 2026