14:44 - 10.07.2020
10 iyul, Fineko/abc.az. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Ramana qəsəbəsidə 1512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində su təchizatı, kanalizasiya və suvarma sisteminin tikintisi üçün tender elan edir.
Tenderdə iştirak haqqı 500 manatdır.
ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderlərdə iştirak etmək üçün sənədləri 23.07.2020 15:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 07.08.2020 18:00 qədər təqdim etməlidirlər.
İddiaçıların təkliflərinin açılışı 10.08.2020 16:00 tarixində aparılacaq.
Telefon: (994 12) 4318703
Əlaqələndirici şəxs: Aygün Hüseynova
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026
1 Avqust 2026