16:24 - 6.07.2020
6 iyul, Fineko/abc.az. Şəmkirdə karantin qaydalarını pozaraq stolüstü oyunlar təşkil edən çayxana sahibləri həbs edilib.
DİN-dən ABC.AZ-a verilən məlumata görə, keçirilən reyd zamanı qəsəbədə yerləşən bir neçə kafenin karantin rejminin qaydalarını kobud şəkildə pozduqları aşkar edilib.
Həmin obyekt sahibləri, Elnur Məcidov və Xəqani Süleymanov saxlanılaraq RPŞ-yə gətirilmiş, barələrində İnzibati Xətalar Məcəlləsinin 211 (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) və 535-ci ( Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə həmin şəxslər 8 gün müddətində inzibati qaydada həbs edilib.
30 İyul 2026