10:30 - 6.07.2020
6 iyul, Fineko/abc.az. Səhiyyə Nazirliyi yeni xəstəxana tikintisi üçün tender elan edib.
ABC.AZ xəbər verir ki, tenderə əsasən nazirlik Qazax rayonunda 100 çarpayılıq psixiatriya xəstəxana tikəcək.
Nazirlik tikinti üçün geoloji-mühəndisi işləri, layihə-smeta sənədlərinin hazırlanması və müəllif nəzarəti işlərini satın alır.
İddiaçılar tenderdə iştirak üçün sənədləri 23 iyul 2020-ci il saat 17.00-a və tender təklifi ilə bank zəmanəti sənədlərini isə 4 avqust 2020-ci il saat 17.00-a qədər portal vasitəsilə təqdim etməlidilər.
Müəllif: Elmir Murad