12:00 - 19.01.2018
19 yanvar, Fineko/abc.az. Dövlət Gömrük Komitəsi 2017-ci ildə dövlət büdcəsinə 2,608 milyard manat ödəniş edib.
Dövlət Gömrük Komitəsinin rəhbəri Aydın Əliyev mətbuat konfransında bildirib ki, komitə, ilin sonunadək büdcə daxilolmalarının proqnozunu 16% üstələyib.
“İxrac 2017-ci ildə 13 milyard dollar, idxal isə 8 milyard dollar təşkil edib. İdxal əməliyyatları 291 milyon dollar artıb, bunun nəticəsində isə 5 milyard dollar həcmində müsbət saldo formalaşıb”, - deyə A. Əliyev bildirib.
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026