Gəncədə zavod fəaliyyətə başlayıb – İlham Əliyev müəssisəni işə salıb

16:31 - 24.06.2020


24 iyun, Fineko/abc.az. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncədə “NB Satınalma və Ticarət” MMC-nin süni mərmər və qranit istehsalı zavodunun açılışında iştirak ediblər.

ABC.AZ xəbər verir ki, dövlət başçısına və birinci xanıma müəssisənin fəaliyyəti barədə məlumat verildi.

Prezident İlham Əliyev zavodu işə saldı.