“Bakı Kristal Zalı” MMC hesabat verdi – Əməliyyat gəlirləri kəskin azalıb

11:05 - 23.06.2020


23 iyun, Fineko/abc.az. “Bakı Kristal Zalı” MMC 2019-cu il üçün maliyyə hesabatını açıqlayıb.

ABC.AZ MMC-nin maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il “Bakı Kristal Zalı”nın cəmi əməliyyat gəlirləri 3 milyon 294 min 925 manat, cəmi əməliyyat xərcləri 3 milyon 285 min 425 manat təşkil edib.

MMC 9499 manat əməliyyat mənfəətindən 1899 manat mənfəət vergisi ödəyib.

Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə “Bakı Kristal Zalı”nın cəmi əməliyyat gəlirləri 4 milyon 742 min 320 manat, cəmi əməliyyat xərcləri 4 milyon 739 min 591 manat, əməliyyat mənfəəti 2729 manat, mənfəət vergisi ödəməsi 546 manat təşkil etmişdi.

2018-ci illə müqayisədə 2019-cu ildə “Bakı Kristal Zalı”nın cəmi əməliyyat gəlirləri 30,5% və ya 1 milyon 447min 395 manat azalıb.

Müəllif: Elmir Murad