12:26 - 18.06.2020
18 iyun, Fineko/abc.az. Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı açıqlanıb.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə əməkhaqqı 2 003,8 manat təşkil edib.
Məlumata görə, bu göstərici dövlət sektorunda 1 732,8 manat, özəl sektorda isə 2 067,1 manat olub.
Beləliklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sahədə işçilərin orta aylıq nominal əmək haqqı 14%, o cümlədən dövlət sektorunda 15,7%, özəl sektorda isə 13,8% artıb.
Müəllif: Elmir Murad
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026