Avtomobil idxalı artıb – Ötən ayda

16:21 - 16.06.2020


16 iyun, Fineko/abc.az. May ayında avtomobil idxalı yenidən artıb - Azərbaycanda avtomobil idxalı may ayında yenidən canlanmağa başlayıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin ilk 5 ayında ölkəyə 19 678 avtomobil gətirilib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26% azdır. Amma aylar üzrə statistilkaya nəzər salsaq görərik ki, mart ayından zəifləməyə başlayan avtomobil biznesində dinamika ötən ay bir qədər artıb.  

Belə ki, ölkəyə yanvarda 5906 avtomobil, fevralda 5641 avtomobil, martda 3945 avtomobil, apreldə isə 1704 avtomobil gətirilmişdi.

May ayında isə xaricdən Azərbaycana 2482 avtomobil gətirilib ki, bu da aprellə müqayisədə 45% artıqdır.