Dövlət büdcəsinin gəlirləri açıqlanıb – Məbləğ

14:55 - 10.06.2020


10 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 10 527,5 milyon manat təşkil edib.

ABC.AZ-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, sözügedən dövrdə büdcə xərcləri isə 9 392,2 milyon manat olub. Müqayisə üçün qeyd edək ki, bu, ötən ilin eyni dövrünə nisbətən 17% çox və 0,4% azdır.

Son nəticədə büdcədə 1 135,3 milyon manat qalıq yaranıb.

Qeyd edək ki, yanvar-aprel aylarının yekununda büdcə qalığı 2 306,5 milyon manat təşkil edib. 

Müəllif: Elmir Murad