10:03 - 30.09.2026
30 sentyabr, Fineko/abc.az. Azərbaycanın metallurgiya nəhəngi “Baku Steel Company” QSC (BSC) 2026-cı ilin ilk 8 ayında xarici pazarlarda mövqeyini daha da möhkəmləndirib.
Şirkətin ixrac gəlirləri illik müqayisədə 30,8% artaraq 54 milyon ABŞ dollarına yüksəlib. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin eyni dövründə bu göstərici 41,3 milyon dollar təşkil edirdi.
Elə bu uğurlu dinamika sayəsində BSC ölkənin qeyri-dövlət sektorundakı en iri qeyri-neft ixracatçıları arasında dördüncü sıradakı yerini qoruyub.
Ümumilikdə isə ölkədən qara metallar və onlardan hazırlanan məmulatların ixrac dəyəri həmin dövrdə 20,6% artaraq 74,2 milyon dollara (66,7 min ton) çatıb. İllik istehsal gücü 800 min ton olan və məhsullarını 20-dən çox ölkəyə göndərən BSC-nin ixrac portfelində əsas yeri armatur, tikişsiz boru və ferroərintilər tutur.
Şirkət əvvəlki ildən başlayan xarici bazarlarda genişlənmə strategiyasını uğurla davam etdirir.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026