15:15 - 9.06.2020
9 iyun, Fineko/abc.az. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Kənd yerlərində sahibkarlıq fəaliyyətinin təşviqi ilə bağlı konsaltinq xidməti üçün tender keçirir.
Tenderdə iştirak haqqı 500 manatdır.
ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderlərdə iştirak etmək üçün sənədləri 06.07.2020 16:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 14.07.2020 16:00 qədər təqdim etməlidirlər.
İddiaçıların təkliflərinin açılışı 15.07.2020 16:00 tarixində aparılacaq.
Əlaqələndirici şəxs: Nihad Axundov
Telefon: (994 12) 404-04-01