Mərkəzi Bank böyük məbləğdə vəsait cəlb edib - Hərrac

12:23 - 8.06.2020


8 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün depozit hərracında 200 mln. manat cəlb edib.

“AMB iyunun 8-də növbəti depozit hərracı keçirib və bu hərracda 200 mln. manat cəlb edib.  Hərrac zamanı tələb 356,8 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,76% təşkil etmişdir”, - deyə AMB-dən bildiriblər.

Vəsaitlər 14 gün müddətinə cəlb edilib.

AMB 2016-cı ilin iyun ayından depozit hərraclarının keçirilməsinə başlayıb.