13:07 - 16.01.2018
16 yanvar, Fineko/abc.az. Azərbaycanda dövlət əmlakı obyektlərinin özəlləşdirilməsi prosesi davam edir.
Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatında deyilir ki, bu gün növbəti hərrac keçirildi.
“Hərracda 2 kiçik dövlət müəssisə və obyekti, 7 qeyri-yaşayış sahəsi, 2 nəqliyyat vasitəsi özəlləşdirilib”, - məlumatda belə deyilir.
Məlumatda qeyd edilir ki, özəlləşdirilən 7 istifadəsiz qeyri-yaşayış sahəsi, 2 nəqliyyat vasitəsi Bakıda, 2 kiçik dövlət müəssisəsi isə respublikanın digər şəhərlərində yerləşir.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026