17:25 - 2.06.2020
2 İyun, Fineko/abc.az. Türkiyənin milli aviadaşıyıcısı “Türk Hava Yolları” şirkəti (THY) Bakı-İstanbul-Bakı reyslərini bərpa edir.
ABC.AZ-ın report-a istinadən məlumatına görə, bunu şirkətdən bildiriblər. Məlumata görə, artıq aviabiletlər satışa çıxarılıb.
“Əgər iyunun 15-də sərhədlər açılsa, THY uçuşları həyata keçirməyə başlayacaq. Sərhədlərin bağlı qalması müddəti uzadılsa, uçuşlar təxirə salınacaq. Amma bilet alanlar heç bir problemlə üzləşməyəcək. Onlar biletlərini geri qaytara və yaxud 2021-ci ilin sonuna qədər istənilən tarixə dəyişdirə biləcəklər", - deyə THY-dən bildirilib.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026
8 Avqust 2026