15:36 - 2.06.2020
2 iyun, Fineko/abc.az. “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC 4 açıq tender elan edir.
Tender 1- Xətai rayonu 263 nömrəli orta məktəbin üçmərtəbəli korpusunun bərpa-gücləndirilməsi, ikimərtəbəli korpusunun (idman və akt zalı ilə) inşası, tenderdə iştirak haqqı 1000 manatdır.
Tender 2- Zabrat qəsəbəsində 71 saylı tam orta məktəb üçün əlavə 30 sinif otağının tikintisi, tenderdə iştirak haqqı 1000 manatdır.
Tender 3- Zabrat qəsəbəsində 307 saylı orta məktəb üçün əlavə 15 sinif otağının tikintisi, tenderdə iştirak haqqı 1000 manatdır.
Tender 4 - Əmircan qəsəbəsi 87 saylı orta məktəbin köhnə korpusunun sökülərək 1752 şagird yerlik yeni korpusların tikintisi, tenderdə iştirak haqqı 1000 manatdır.
ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderlərdə iştirak etmək üçün sənədləri 23.06.2020 11:00tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 03.07.2020 11:00 qədər təqdim etməlidirlər.
İddiaçıların təkliflərinin açılışı 03.07.2020 11:00 tarixində aparılacaq.
Əlaqələndirici şəxs: Əhməd Məmmədov
Telefon: (994 50) 612 1527
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026