10:37 - 31.05.2020
31 may, Fineko/abc.az. Zərgərlik sahəsində böyük yeniliklər gözlənilir.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Zərgərlər Assosiasiyasının nümayəndəsi Eduard Şamarayev deyib.
Onun sözlərinə görə, xüsusilə idxal edilən qızıla tətbiq olunan gömrük rüsumlarının əhəmiyyətli dərəcədə azaldılması gözlənilir: "Bu da Azərbaycanda qızılın qiymətinin xeyli ucuzlaşacağını deməyə əsas verir. Hazırda xaricdən gətirilən zərgərlik əşyalarına dövlət gömrük rüsumu 49 faizdir, islahatlar çərçivəsində bu dərəcənin 1 faizə endirilməsi təklif olunur. Bu da idxal edilən qızılın təqribən 50 faiz ucuzlaşacağını deməyə əsas verir. Azərbaycanda əyar palatası ləğv olunub, onun yerinə Türkiyədəki təcrübə əsasında ölkəmizdə də əyar evləri açılacaq. İnsanlar asanlıqla qızıl əşyalarını əyar evlərində yoxladıb sata biləcəklər".
Müəllif: Elmir Murad
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
30 Sentyabr 2026
29 Sentyabr 2026