19:24 - 29.05.2020
29 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Azərbaycanda karantin rejimi iyunun 15-dək uzadılıb. Bu müddət ərzində 190 manatlıq ödənişin yenə verilib-verilməməsi məsələsi yenidən gündəmə gəlib.
ABC.AZ-ın məlumatına görə, Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov nu gün keçirilən brifinqdə bu barədə suala cavab verib. O qeyd edib ki, 190 manatlıq birdəfəlik ödəmələrin iyun ayında verilməsi Operativ Qərargahda müzakirə olunacaq. "Müzakirələr nəticəsində müvafiq qərar qəbul olunduqdan sonra ictimaiyyətə açıqlanacaq" deyə İ. Məmmədov qeyd edib.
Müəllif: Elmir Murad
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026