11:07 - 20.05.2020
20 may, Fineko/abc.az. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN xidmət” mərkəzlərində bədii tərtibat işlərinin hazırlanması və quraşdırılması işlərinin satınalınması üçün açıq tender keçirir.
Tenderdə iştirak haqqı 300 manatdır.
ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri 31.05.2020 15:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 08.06.2020 17:00 qədər təqdim etməlidirlər.
İddiaçıların təkliflərinin açılışı 09.06.2020 15:00 tarixində aparılacaq.
Əlaqələndirici şəxs: Kamal Səfərov
Telefon: (994 12) 444 74 44