İlham Əliyev: qeyri-neft sektoru doqquz ay ərzində 2,5%-ə qədər artıb

15:17 - 9.10.2017


 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə, Nazirlər Kabinetinin, doqquz ay üzrə sosial-iqtisadi inkişafın yekunlarına dair iclası keçirilib.

İclas zamanı dövlət başçısı qeyd edib ki, doqquz ay ərzində iqtisadiyyatın qeyri-neft sektoru 2,5%-ə qədər artıb.

Dövlət başçısı bildirib: “Qeyri-neft sənayesinin artımı 3,1%, kənd təsərrüfatının artımı - 2,8% təşkil etmiş, xarici ticarət dövriyyəsi 7%-ə qədər artmışdır. Hesabat dövrü üzrə ölkənin valyuta ehtiyatları $42 milyard təşkil etmişdir. Biz, uzunmüddətli davamlı inkişaf barədə düşünürük, valyuta ehtiyatlarının  $4,5 milyard həcmində artması isə ən uğurlu göstəricidir”.

Prezidentin sözlərinə görə, o cümlədən, yanvar-sentyabr aylarında  226 min yeni iş yeri yaradılmışdır.