AMB depozit hərracında 250 milyon manat cəlb edib

13:23 - 12.05.2020


12 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün depozit hərracında 250 mln. manat cəlb edib.

“AMB mayın 12-də növbəti depozit hərracı keçirib və bu hərracda 250 mln. manat cəlb edib.  Hərrac zamanı tələb 256,5 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,76% təşkil etmişdir”, - deyə AMB-dən bildiriblər.

Vəsaitlər 13 gün müddətinə cəlb edilib.

AMB 2016-cı ilin iyun ayından depozit hərraclarının keçirilməsinə başlayıb.