10:48 - 7.05.2020
7 may, Fineko/abc.az. Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) Himayəçilik Şurası Maliyyə Sabitliyi Şurasının tövsiyyəsinə əsasən Mərkəzi Bankla razılaşdırılmaqla 1 iyun 2020-ci il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 10%-dən 12%-dək qaldırılması barədə qərar qəbul edib.
ABC.AZ Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) istinadən xəbər verir ki, ƏSF-yə üzv olan banklarda xarici valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 2,5% təşkil edir.
Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər, sığorta haqları yalnız banklar tərəfindən ödənilir.
Müəllif: Elmir Murad
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026