15:11 - 1.05.2020
1 may, Fineko/abc.az. Bu gün Nazirlər Kabineti yanında Operativ Qərərgah Azərbaycanda karantin rejiminin bitməsi və ya davam etməsi barədə həlledici qərarı açıqlayacaq.
Bunu ABC.AZ-a Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib.
O qeyd edib ki, gün ərzində bununla bağlı rəsmi məlumat ictimaiyyətə təqdim olunacaq. Qeyd edək ki, Azərbaycanda karantin rejimi mayın 4-dək uzadılmışdı.
Bu gün isə son iş günü olduğu üçün karantinin uzadılıb ya bitməsi barədə məlumat verilməlidir.
Müəllif: Elmir Murad
30 İyul 2026
30 İyul 2026
30 İyul 2026
29 İyul 2026
27 İyul 2026
27 İyul 2026