AYİB tərəfindən ixracın dəstəyinə ehtiyacımız var - İlham Əliyev

10:35 - 29.04.2020


29 aprel, Fineko/abc.az. Azərbaycan iqtisadiyyatı qarşısında duran vəzifələrdən biri “kölgə iqtisadiyyatı”nın payının azaldılmasıdır.

ABC.AZ-ın məlumatına görə, bunu prezident İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabarti ilə videokonfrans zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, hazırda Azərbaycanla AYİB arasında 9 layihə müzakirə olunur. İ.Əliyev deyib ki, biz böhrandan  ən az zərərlə çıxmaq məqsədilə iri həcmdə sərmayələrdə maraqlıyıq. "Həmçinin bankınız tərəfindən ixracın dəstəyinə ehtiyacımız var” deyə İ. Əliyev qeyd edib.