16:13 - 22.04.2020
22 aprel, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində videobağlantı formasında kollegiya iclası keçirilib.
ABC.AZ xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, bu il həssas qruplarla bağlı nəzərdə tutulmuş bütün sosial proqramlar, eləcə də sosial müdafiə və aktiv məşğulluq proqramlarının genişləndirilməsi ilə bağlı planlar tam icra olunacaq.
Xüsusi karantin rejimi bitdikdən sonra şəhid ailələrinə və müharibə əlillərinə yeni alınmış mənzillərin verilməsinə başlanacaq. "Bu il onlara 1500 mənzil verilməlidir, həmçinin müharibə əlillərinə avtomobillərin verilməsi işləri də davam edəcək" deyə nazir bildirib.
Müəllif: Elmir Murad
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026