12:27 - 22.04.2020
22 aprel, Fineko/abc.az. Səhiyyə Nazirliyi Xırdalan şəhərində Abşeron Rayon Mərkəzi Xəstəxanasının tikintisi (tibbi avadanlıqlarla təchizatı) üçün açıq tender keçirir.
Tenderdə iştirak haqqı 400 manatdır.
ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri 03.06.2020 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 10.06.2020 17:00 qədər təqdim etməlidirlər.
İddiaçıların təkliflərinin açılışı 11.06.2020 15:00 tarixində aparılacaq.
Əlaqələndirici şəxs: Əli Abbasov
Telefon: (994 12) 565-12-41
Ünvan: Bakı, Nəsimi rayonu, M.Mirqasımov küçəsi 1A