Azərbaycanda 44 nəfər koronavirus infeksiyasına yoluxub, 74 nəfər isə sağalıb

18:25 - 21.04.2020


21 aprel, Fineko/abc.az. Ölkədə 44 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 74 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

Bu barədə ABC.AZ-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd olunur ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, şəkərli diabet, hipotireoz və xronik böyrək xəstəliyi olan 1963-cü  il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırda 1480 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 865 nəfər müalicə olunaraq sağalmış, 20 nəfər vəfat etmiş, 595 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 20 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 102.764 test aparlıb.