Sərhədlərin açılması müzakirə olunur - İbrahim Məmmədov

18:00 - 15.04.2020


 15 aprel, Fineko/abc.az.  Operativ Qərargah sərhədlərin açılması istiqamətində hər gün müzakirə aparır. 

ABC.AZ xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərərgahın mətbuat konfransında deyib.

 İ.Məmmədovun sözlərinə görə, qarşıdakı günlərdə başqa ölkələrdə yaşayan 300-400 Azərbaycan vətəndaşının gətirilib müayinə etmək imkanı yaranacaq: “Aprelin 17-də “evegedirem” portalı istifadəyə veriləcək. Xaricdə olan Azərbaycan vətəndaşları qeydiyyatdan keçərək növbəyə götürüləcək. İlk olaraq Rusiyada olan vətəndaşlara diqqət ayrılacaq". 

Müəllif: Elmir Murad