11:59 - 14.04.2020
14 aprel, Fineko/abc.az. Beynəlxalq Valyta Fondu (IMF, BVF) 25 üzv ölkəyə təcili borc köməyi edəcək.
ABC.AZ xəbər verir ki, BVF-nin sədri Kristalina Georgieva bununla bağlı artıq qərarın İdarə heyəti tərəfindən təsdiqləndiyini bildirib.
O, təcili borc alacaq ölkələrin adlarını da açıqlayaraq onların Əfqanıstan, Benin, Burkina Faso, Orta Afrika Respublikası, Çad, Komor Adaları, Demokratik Konqo Respublikası, Qambiya, Qana, Qvineya-Bisau, Haiti, Liberya, Madaqaskar, Malavi, Mali, Mozambik, Nepal, Niger, Ruanda, Sao Tome və Principe, Sierra Leone, Solomon Adaları, Tacikistan, Toqo və Yəmən olduğunu bildirib.
Müəllif: Elmir Murad
12 Avqust 2026