16:28 - 10.04.2020
10 aprel, Fineko/abc.az. Xüsusi karantin rejimində Bakıda sərnişindaşımada olan vəziyyəti açıqlanıb.
ABC.AZ xəbər verir ki, bu gün keçirilən onlayn mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, karantin günlərində 7 ekspres xətt üzrə 100-ə yaxın avtobus fəaliyyət göstərir.
Onun sözlərinə görə, daha 100 avtobus isə ehtiyatda saxlanılıb: "Ölkədə xüsusi karantin rejimi tətbiq edilsə də, səhər və axşam saatlarında avtobuslarda hələ də sıxlıq müşahidə olunur, çünki sərnişin axını çoxdur. Qeyd edim ki, aprelin 1-də 614 142 sərnişin daşınıb. Aprelin 3-də 550-570 min nəfər, ayın 4-də 490 200 nəfər, 5-də 177 209 nəfər, ayın 6-7-də 370-390 min nəfər, aprelin 8-də isə 420 701 nəfər sərnişin daşınıb".
Müəllif: Elmir Murad
8 Avqust 2026
8 Avqust 2026