12:27 - 10.04.2020
10 aprel, Fineko/abc.az. Mərkəzi Bankda istifadə olunan server, kompüter və rabitə avadanlıqları üçün ehtiyat hissələrinin satın alınması üçün açıq tender keçirilir.
Tenderdə iştirak haqqı 100 manatdır.
ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri 08.04.2020 12:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 17.04.2020 11:00 qədər təqdim etməlidirlər.
İddiaçıların təkliflərinin açılışı 17.04.2020 12:00 tarixində aparılacaq.
Əlaqələndirici şəxs: Elman Muradov
Telefon: (994 12) 493-11-22 (499)