12:13 - 18.03.2020
18 mart, Fineko/abc.az. Dövlət Turizm Agentliyi Muğanlı-İsmayıllı (17-ci km-dən)-Basqal avtomobil yolunun yenidən qurulması (4 km) və Basqal dairəvi yolunun tikintisi (1,3 km) işlərinin satın alınması üçün açıq tender keçirir.
Tenderdə iştirak haqqı 500 manatdır.
ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri 27.04.2020 12:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 05.05.2020 18:00 qədər təqdim etməlidirlər.
İddiaçıların təkliflərinin açılışı 06.05.2020 12:00 tarixində aparılacaq.
Əlaqələndirici şəxs: Mehman Bayramov
Telefon: (994 12) 5058704/ daxili 2304