12:53 - 13.03.2020
13 mart, Fineko/abc.az. ARDNF-nin əsas məqsədlərinə gələcək nəsillər üçün ehtiyat vəsaitin toplanması ilə yanaşı makroiqtisadi sabitləşdirmə, o cümlədən ölkə iqtisadiyyatının xarici iqtisadi təsirlərə qarşı qorunması da daxildir.
ABC.AZ xəbər verir ki, bu Dövlət Neft Fondunun açıqlamasında qeyd olunub.
Açıqlamada bildirilib ki, ötən müddət ərzində xam neftin yüksək qiymətləri dövründə ARDNF-də 43 milyard ABŞ dollarından artıq məbləğdə vəsait toplanıb ki, bu da ölkə iqtisadiyyatının ümumi həcminə yaxınlaşıb.
Əlverişli iqtisadi mühit dövründə artan bu vəsaitlər iqtisadi şoklar zamanı “təhlükəsizlik yastığı”, o cümlədən dövlət büdcəsində yarana biləcək fiskal kəsirin örtülməsində istifadə edilir.
Müəllif: Elmir Murad
30 Avqust 2026
29 Avqust 2026
29 Avqust 2026
29 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026