11:39 - 11.03.2020
11 mart, Fineko/abc.az. SOCAR-ın prezidenti Rövnəq Abdullayev ''Özbəkneftegaz'' ASC-nin İdarə Heyətinin sədri Məhriddin Abdullayevlə təcrübə mübadiləsinin aparılması məsələlərini müzakirə edib.
ABC.AZ SOCAR-a istinadən xəbər verir ki, görüşdə Özbəkistanda neft-qaz sənayesinin müxtəlif sahələrində islahatlar aparıldığı qeyd edilib, “Özbəknefteqaz” ASC-nin SOCAR-ın təcrübəsinin öyrənilməsində maraqlı olduğu bildirilib.
Müzakirələrdə SOCAR-ın müasir neft-kimya kompleksinin tikintisi ilə bağlı təcrübəsinin, həmçinin, Heydər Əliyev adına NEZ-in moderinizasiyası istiqamətində həyata keçirilən layihənin detallı öyrənilməsi məqsədi ilə təcrübə mübadiləsi aparılacağı da qeyd edilib.
Görüşdə SOCAR və məşvərətçi “McKinsey” şirkətinin mütəxəssisləri tərəfindən 2025-2035-ci illər üçün yeni dövrün çağırışlarına cavab verən növbəti strateji inkişaf planının hazırlandığı qeyd olunub.
Müəllif: Elmir Murad
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026