15:48 - 10.03.2020
10 mart, Fineko/abc.az. MİDA MMC Gəncə şəhərində, Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə yaşayış kompleksinin tikintisinin satınalınması üçün açıq tender keçirir. Tender bir neçə Lotdan ibarətdir.
Lot 1: 8 və 9 nömrəli 12 mərtəbəli 1 bloklu yaşayış binalarının tikintisi, tenderdə iştirak haqqı 600 manatdır.
Lot 2: 13 nömrəli 9 mərtəbəli 2 bloklu, 14 və 15 nömrəli 12 mərtəbəli 1 bloklu yaşayış binalarının tikintisi, iştirak haqqı 900 manatdır
Lot 3: 16 nömrəli 9 mərtəbəli 2 bloklu yaşayış binasının, 19 nömrəli 96 yerlik uşaq bağçası və körpələr evinin və 42 nömrəli qeyri-yaşayış binasının tikintisi, iştirak haqqı 600 manatdır
Lot 4: 17 və 18 nömrəli 9 mərtəbəli 2 bloklu yaşayış binalarının tikintisi, iştirak haqqı 600 manatdır
Lot 5: Sahəxarici və sahədaxili elektrik enerjisi təminatı, iştirak haqqı 600 manatdır
ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri 06.03.2020 17:00tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 16.03.2020 17:00qədər təqdim etməlidirlər.
İddiaçıların təkliflərinin açılışı 17.03.2020 15:00tarixində aparılacaq.
Əlaqələndirici şəxs : Fariz Abdullayev
Telefon: (994 12) 594-54-01