16:58 - 5.03.2020
5 mart, Fineko/abc.az. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Mərkəzi Maliyyə və Mühasibatlıq İdarəsi üçün İctimai Sektor üzrə Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotu proqramının yazılması, sazlanması və 2020-ci ilin sonunadək texniki dəstəyin göstərilməsi xidmətlərinin satınalınması üçün açıq tender keçirir.
Tenderdə iştirak haqqı 250 manatdır.
ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri 01.04.2020 15:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 09.04.2020 15:00 qədər təqdim etməlidirlər.
İddiaçıların təkliflərinin açılışı 10.04.2020 15:00 tarixində aparılacaq.
Əlaqələndirici şəxs : Cavid Şeydayev
Telefon: (994 12) 530-29-03