16:57 - 24.02.2020
24 fevral, Fineko/abc.az. "Türk Hava Yolları" şirkətinin törəməsi olan “AnadoluJet”in martın 29-dan etibarən İstanbul şəhərinin "Sabiha Gökçen" və paytaxt Ankaranın "Esenboğa" hava limanlarından həyata keçirəcəyi yeni uçuşların birtərəfli qiymətləri 1 dollardan başlayacaq.
ABC.AZ xəbər verir ki, bu barədə məlumatı aviaşirkət özü yayıb.
Sevindirici hal odur ki, simvolik qiymət Azərbaycana yerinə yetiriləcək aviareyslərə də aid ediləcək. Ölkəmizlə yanaşı Almaniya, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Belçika, Danimarka, Fransa, Gürcüstan, Hollandiya, İngiltərə, İspaniya, İsrail, İsveç, İtaliya, Küveyt, Rusiya və Səudiyyə Ərəbistana da uçuşalr sözügedən simvolik qiymətlərdən başlayacaq.
Qeyd edək ki, “AnadoluJet” 2016-cı ildə yaradılıb. Loukoster hazırda 36 təyyarəsi ilə 43 hava limanına uçuşlar həyata keçirir.
Müəllif: Elmir Murad
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026